Damla: “Susaraq qazandığım hörməti, danışaraq itirmək istəmərəm” - VİDEO

Hazırda oxunan: Damla: “Susaraq qazandığım hörməti, danışaraq itirmək istəmərəm” - VİDEO

114498

“Nə özümə, nə də ki həmkarlarıma belə ucuz xətaları arzulamaram. Gedirsən şou proqramlara gözləyirsən, gözləyirsən, amma mikrofonu sənə təqdim etmirlər ki, yarım saatlıq proqramını oxuyub gedəsən. Bunlar isə çox yaşanır. Belə şeylərə məəttəl qalmıram, nə də ki təəccüblənmirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Damla (Məsumə Məmmədova) “Şou xəbər” verilişinə müsahibəsində deyib. 

Həmkarlarından fərqli olaraq danışmağı yox susmağı üstün görən sənətçi onlara qarşı heç zaman hörmətsizlik etmədiyini bildirib. 

“Əlini sıxdığım, eyni masanı paylaşdığım insanların arxasınca danışmıram. Hələ o insan xanımdırsa, əsla danışmıram. O insan həmkarımdırsa, ümumiyyətlə mövzu bitmişdir. Bu günə qədər heç bir həmkarıma qarşı nə hörmətsizlik etmişəm, nə efir vasitəsi ilə ələ salmışam, hədələmişəm. Susaraq qazandığım hörməti, danışaraq itirmək istəmərəm”, - deyə Damla vurğulayıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin