"Siz “FaceApp” (fotoşop - red.) edən müğənnilər görməmisiz. Biz şəkillərimizə çox effekt vermirik, nə var, oyuq".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə "Şou xəbər" verilişinə müsahibəsində deyib.
Sənətçi orta yaşında olan xanım həmkarlarının “fotoşop” sevdasını atmacaları ilə burunlarından gətirib:
"Elə sənətkarlarımız var ki, onlara “FaceApp” yaraşmır, o qədər etməsinlər. Ayıbdır… Mən fotoşopun ən axırıncısını edirəm".
Türkan gözəllik naminə bıçaq altına girən məşhurları da "ağ yuyub, qara sərib": "Vallah bu dəqiqə elə bərbad əməliyyat etdirən məşhurlarımız var ki… Dəhşətlidirlər. İnsan güzgünün qarşısına keçib özünə baxar ki, mən nəyə oxşayıram, bu nə üzdür?"
Rəşad Əliyev, Bizim.Media