Kübra Əliyeva: "Allaha dua etdim ki, oğlumu məndən əvvəl alsın" - VİDEO 

Hazırda oxunan: Kübra Əliyeva: "Allaha dua etdim ki, oğlumu məndən əvvəl alsın" - VİDEO 

114303

Bir neçə gün əvvəl 74 yaşını qeyd edən Əməkdar artist Kübra Əliyeva pis vərdişlər ucbatından dünyasını dəyişən böyük oğlu Rauf Məmmədovdan söz açıb.  

Bizim.Media xəbər verir ki, bu haqda sənətkar qonaq olduğu “O kimdir?” verilişində danışıb.  

Aktrisa məhkum həyatı yaşamış mərhum övladı barədə yayılan xəbərlərdən incidiyini dilə gətirib:

“Allah heç bir valideynə övlad dağı göstərməsin və övladının pis vərdişləri olmasın. Televiziyada mənim şəklimi arxada verib “Şok-şok, aktrisanın oğlu belə, elə…” başlıqla xəbər yayımlamaqları xətrimə dəydi. Sadəcə bir söz dedim ki, Allah sizi elə biabır etsin ki, başınızı qaldırıb küçədə gəzə bilməyəsiniz.

Niyə məni biabır edirsiniz? Mən əməyimlə, zülmümlə, dişimlə, dırnağımla bu yerə gəlmişəm. Xərçəngə tutulanda Allaha dua etdim ki, oğlumu məndən əvvəl alsın. Məndən sonra o məhv olar. Allah onu da etdi”, - deyə K. Əliyeva fikirlərini ifadə edib.  
Qeyd edək ki, Kübra Əliyevanın oğlu Rauf Məmmədov illər əvvəl aptekə basqın etməkdə təqsirləndirilərək 14 il müddətində həbs edilmişdir. Lakin 2015-ci ildə sənətkarın oğlu 46 yaşında vəfat edib. Əməkdar artistin Ayaz adında daha bir oğlu var.  
 



Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin