İki dəfə ailə həyatı uğursuz alınan müğənni Rəvan Qarayev böyük qızı Ayanı üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, övladı ilə “Günaydın Azərbaycan!” səhər verilişinə çıxan sənətçi bildirib ki, qızının ana tərəfdən nənəsi ilə qaldığını açıqlayıb.
“Həm mənimlə, həm də anasının nənəsi ilə qalır. Ayan ingilis və rus dillərində mükəmməl danışır”, - deyə Rəvan vurğulayıb.
Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı “Atan və baban müğənnidir. Bəs sən musiqi ilə məşğul olursan?” sualına Ayanın cavabı belə olub:
“Musiqiyə həvəsim yoxdur və maraqlı deyil. Hazırda doqquzuncu sinifdə oxuyuram. Amma böyüyəndə hansı peşəni seçməyimə qərar verməmişəm. Gələn ilə qədər qərar verərəm”.
Xoşqədəmin “İstəyirəm ki, həkim olasan” sözlərinə Ayan “Həkim olmaq çox çətindir. Həkim olmaq üçün isə çox oxumaq lazımdır” deyə cavabını verib.
Qeyd edək ki, R.Qarayevin ilk evlilikdən 15 yaşında Ayan adlı qızı var. Eyni zamanda müğənninin Günya Rəhimova adlı xanımla evliliyi isə beş il sürüb və bu nikahdan onların 10 yaşlı Xalidə adlı qız övladları var.
Rəşad Əliyev, Bizim.Media