Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru İbrahim Çingiz dünyaya yeni gələn qızı Mehribanın adını çiynində döymə etdirib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında video paylaşıb.
“Hər zaman arzusunda olmuşam ki, övladım olanda onun adını bədənimə həkk edim. Həyatıma xoş gəldin, Mehribanım. Çiynimin digər tərəfini isə gələcəkdə Çingiz balam üçün saxlamışam. Hekayəmiz hələ indi başlayır. 28.12.2022”, - deyə İbrahim vurğulayıb.
Qeyd edək ki, İbrahim Çingiz həmkarı Aydan Axundzadə ilə ötən il ailə qurub. İbrahim Əməkdar artist Çingiz Əhmədov və vəkil Mehriban Əhmədovanın övladıdır.
Rəşad Əliyev, Bizim.Media