Xərçəngdən mübarizə aparan Əməkdar artist Gülbahar Şükürlü xaricdə müalicəsi üçün qızıllarını, evini, bağ evini satıb.
Bizim.Media xəbər verir ki, bu barədə Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Ümid ilə gəl” ictimai-sosial verilişində deyib.
“Müalicəsinə 100 mindən çox pul xərcləyib. Heç kimə ağız açmayıb, bağını, evini, qızıllarını satıb. Hazırda ancaq bir evi qalıb”, - deyə Tolik vurğulayıb.
G.Şükürlü Tolikin bu sözlərinə qarşılıq verərək, on ildir ki, xərçənglə mübarizə apardığını söyləyib:
“Türkiyədə və Moskvada mənə diaqnoz qoydular. İndi də müalicəm burada aparılsa da, həkimlərim oradadır. İlk iki il ailəmdən gizlətdim. Hətta xəbəri olan rəfiqəmə deyirdim ki, desən, səni danışdırmayacağam. İstəmirdim efirdə deyim, düşünürdüm ki, şən mahnılar ifa edə bilmərəm. Kimyaterapiyanın biri 3 min manatdır”.
Rəşad Əliyev, Bizim.Media