Səidə Sultan: “Efirdə olan müğənnilər “tərbiyəsiz səslər”dir - VİDEO

Hazırda oxunan: Səidə Sultan: “Efirdə olan müğənnilər “tərbiyəsiz səslər”dir - VİDEO

114007

“Heç kim gəlmir deyə verilişə o müğənnini çağırırlar. Həftənin beş günü efirdədir, hələ üstəlik şənbə-bazar da efirə çıxır. Efir acı olmaq olmaz. Adamın evinə nə qədər getmək olar?”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.

Sənətçi bildirib ki, hazırda efirdə olan bir çox müğənnilər “tərbiyəsiz səslər”dir:

“Bu mənim ölçü meyarım deyil. Bu müəllimlərimin meyarıdır. Mən kiməm ki, meyarım olsun. Var “mağar”, var da efir səsi.  “Mağar” səs toyda, efir səs isə efirdə olmalıdır. Səslərində fərq var. Var tərbiyəli, var tərbiyəsiz səs. Hər bir müğənninin və musiqiçinin öz cığırı olmalıdır. Onda digərlərindən daha çox fərqlənirsən”.

S.Sultan verilişin gedişatında əlavə edib ki, universitet illərində onunla birgə təhsil alan bir çox həmkarları qabiliyyət imtahanından keçməsələr də hazırda efirlərdə “at oynadırlar”:

“Mədəniyyət və İncəsənət Universitetində təhsil alanda qabiliyyət imtahanı verirdim. Orada mənimlə bir çox musiqiçi dostlarım təhsil alırdı. İndi efirdə oxuyanların çox hissəsi o qabiliyyət imtahanından keçməyənlərdir. O zaman isə qabiliyyət imtahanını bizdən Xuraman və Fidan Qasımova bacıları və Arif Babayev alırdı.
Həmçinin onlar bizə dərs deyirdi. Hazırda efirdə oxuyanlar onlardan “3” qiymətini aldılar və qabiliyyət imtahanından keçmədilər. Əsas qabiliyyət imtahanıdır. Onları o dərəcədə qəbul etmədilər ki, efirə  belə səsləri lazım deyildi. Onların səsi “Mağar” səsidir. “Mağar” pis bir şey deyil. Bu bizim adət-ənənəmiz, toylarımızdır. Amma efir səsi ayrıdır”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin