Müğənni Elnar Xəlilov plastik əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, bu haqda “Elgizlə izlə” ictimai-sosial verilişində məlumat verilib.
Bildirilib ki, Elnar qarın nahiyyəsində yığılan artıq piylərdən azad olunmaq üçün bıçaq altına uzanıb.
Xəlilovun üzərində “liposaksiya” (piy çıxarma – red.) əməliyyatı icra edilib.
İfaçını əməliyyat edən cərrahın sözlərinə görə, Elnar “liposaksiya”dan iki gün sonra məkanların birində səhnəyə çıxıb.
Rəşad Əliyev, Bizim.Media