İnfarkt keçirən Xalq artisti: “Həyatda olmayanda məni anlayacaqlar” - VİDEO

Hazırda oxunan: İnfarkt keçirən Xalq artisti: “Həyatda olmayanda məni anlayacaqlar” - VİDEO

113770

“İki ay idi infarkt keçirəcəyimi hiss edirdim. Ailə üzvlərimi qorxutmaq istəmirdim. Qızım Qarabağa getməli idi. Həyat yoldaşım nəvəmi götürüb, qızımı yola salmağa getdilər. Gördüm ki, ürəyim sancır. Gəlinimdən ürək dərmanı istədim. Dərmanı içib, yuxuladım. Gecə saat iki də gördüm ki, ürəyim dağılır. Ürəyim qoymadı yatmağa”. 

Bizim.Media xəbər verir ki, bu sözləri bir neçə həftə əvvəl ürəyindən infarkt keçirən Xalq artisti Vahid Əliyev “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Səhhəti ilə həyat sınağından keçən sənətkar başına gələnləri bu cür ifadə edib: 

“Təcili yardım çağırdıq. Sonra getdim həkimə. Onlar mənə açıq ürək əməliyyatı keçirməyimi məsləhət gördülər. Ürək nə etsin? Ürək nə qədər tab gətirə bilər? Sənət adamını öldürmək çox asan məsələdir. İşləyən, zəhmətkeş insanın rollarını əlindən al, laqeyidlik göstər... Qadın ki, bir baxışdan məhv olur. Səhnə adamı da laqeyidlikdən məhv olunur. Həyatdır da... Çox maraqlı həyatdır... Tamaşaçılar məni həyatda olmayan zaman anlayıb, başa düşəcəklər”. 
 



Rəşad Əliyev, Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin