"2002-2003-cü illərdə səsim batdı. Həkimə getdim və o mənim səs tellərimi daha bərbad günə qoydu. Boğazımda polip var idi. Altı ay danışa bilmədim".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı "ATV səhər" verilişinə müsahibəsində deyib.
Sənətçi bildirib ki, həkim səhlənkarlığının qurbanı olub:
"Polipləri kəsdilər, başa salmaq üçün ancaq yazırdım. Həkim səhlənkarlığının qurbanı oldum. İkinci həkimi tapmasaydım, səsim tamamilə batardı, oxuya bilməzdim".
Səsini itirmək qorxusu yaşayan Sevda həmin zaman mərhum Xalq artisti Səməd Səmədovun ona dəstək çıxdığını dilə gətirib:
"Allah Səmədə rəhmət eləsin. Mənə dedi ki, darıxma. Toya gələcəksən, bir-iki fonoqram oxuyarsan. Canlı ifa edə bilmirdim. Məni evdə oturtmadı, çörəksiz qoymadı. Evdə depressiyaya düşərdim".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:14 / 08.01.2023
Həkim səhlənkarlığının qurbanı olan Sevda: "6 ay danışa bilmədim" - VİDEO
Hazırda oxunan: Həkim səhlənkarlığının qurbanı olan Sevda: "6 ay danışa bilmədim" - VİDEO
Hazırda oxunan: Həkim səhlənkarlığının qurbanı olan Sevda: "6 ay danışa bilmədim" - VİDEO
113646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.