“Faytonçu” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Nazim Pişiyari düşmən kəsildiyi həmkarı Kərim Abbasovdan danışıb.
Bizim.Media xəbər verir ki, “Şou xəbər” verilişinə müsahibə verən sənətçi bildirib ki, toyların birində qarşı tərəfə şəxsi mikrofonunu vermədiyi üçün aralarında münasibətlər korlanıb.
“Bu şəxsi mikrofonumdur. Orada bir neçə mikrofon var, onlardan hansını istəyirsən götür oxu. Lap özünlə götür apar. Bəlkə sən xəstəsən, virus daşıyıcısısan? Bəlkə dodağında xəstəlik var? Tüpürcəyin mikrofonun üzərinə düşə bilər. Şəxsi mikrofonumu sənə necə verim?”
K.Abbasovun illər əvvəl verilişlərin birində Pişiyarini “Dovşan” adlandırmasına dovşan ili girər-girməz Nazimdən sərt cavab gəlib:
“Dovşan ilində qoy dovşanlar qaçsınlar (gülür)”.
Qeyd edək ki, K.Abbasovla N.Pişiyarı arasındakı qalmaqalın təməli toyların birində qoyulub. Kərim bildirib ki, Nazim məclisdə mikrofonu ona verməyib. Daha sonra tərəflər iştirak etdikləri “Maşın” realiti şousunda davaya çıxıblar.
Rəşad Əliyev, Bizim.Media