Türkiyənin pop ulduzu Hadisə yeni açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi ötən gecə dostları ilə əyləndiyi məkanların birindən çıxarkən jurnalistlərin suallarını cavablandırıb.
Hadisə 2023-cü ilin sevgi dolu bir il olmasını diləyib:
“Çox yaxşıyam. 2023-cü ilə səhnədə, tamaşaçılarımla birgə “bomba” kimi girdik. Çox əyləndik. Hər şey gözəl idi. Dostlarımla yemək yedik. Oradan da başqa bir məkana gedib, əyləncəmizi davam edəcəyik. İzləyicilərdən gələn şərhləri gözəl qəbul edirəm. Hamımız üçün gözəl bir il olsun. Sevgi və hüzurlu bir il olsun. Hamınızı öpürəm”, - deyə müğənni lüks avtomobilinə əyləşərək məkanı tərk edib.
Qeyd edək ki, Hadisə milyonçu iş adamı Mehmet Dinçerlerlə aprelin 30-da ailə qurub, sentyabrın 30-da beş dəqiqə ərzində boşanaq türk mətbuatının gündəminə damğa vurmuşdu.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:57 / 06.01.2023
Hadisədən 2023-cü ilin İLK AÇIQLAMASI: “Sevgi dolu il olsun” – VİDEO
Hazırda oxunan: Hadisədən 2023-cü ilin İLK AÇIQLAMASI: “Sevgi dolu il olsun” – VİDEO
Hazırda oxunan: Hadisədən 2023-cü ilin İLK AÇIQLAMASI: “Sevgi dolu il olsun” – VİDEO
113383
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.