Xəbər verdiyimiz kimi, meyxanaçı Namiq Qaraçuxulu Yeni il gecəsi İsrailin Netaniya şəhərində məkanların birində konsert proqramı ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, sənətçi səfər çərçivəsində Qüdsə yollanıb.
Şəhəri qarış-qarış gəzən Qaraçuxurlu orada müsəlmanlar tərəfindən müqəddəs sayılan və müsəlmanların ilk qibləsi “Məscid-i Aksa” ya baş çəkib.
Orada dualar edən müsəlmanları və məscidin ətrafını lentə alan Namiq həmin görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Söz xiridarı “Buraları canlı görmək qismətimdə varmış” şərhini yazıb.
Rəşad Əliyev, Bizim.Media