Vahid Əliyev: “Gələn həftə ürəyimdən ƏMƏLİYYAT OLUNACAĞAM” – ÖZƏL

Hazırda oxunan: Vahid Əliyev: “Gələn həftə ürəyimdən ƏMƏLİYYAT OLUNACAĞAM” – ÖZƏL

113316

“Bu günlərdə vəziyyətim heç də yaxşı deyildi. Səhhətim pisləşmişdi. Xəstəxanada müalicələrimi davam etdirdim. Artıq evə buraxılmışam”.

Bu sözləri Əməkdar artist Vahid Əliyev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

70 yaşlı sənətkar bildirib ki, gələn həftə ürəyindən açıq əməliyyat olunacaq: 

“Həkimin yanından indi çıxdım. O dedi ki, sağlamlıq vəziyyətim normallaşsa, gələn həftə açıq ürək əməliyyatı keçirəcəyəm. Ümüd edirəm ki, hər şey yaxşı olacaq”. 

Aktyor hazırda səhhəti ilə bağlı fikirlərini bu cür yekunlaşdırıb: 

“Xanımım məni bir gün də tək qoymadı. Ruhum güclü olduğuna görə, ürəyim ağrısa da özümü yaxşı hiss edirəm. Yaxşı olmağa çalışıram”. 

Qeyd edək ki, ötən ilin dekabrın 22-də Vahid Əliyev infarkt keçirib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin