"Ələkbər Yasamallı altı aya yaxın Almaniyada idi. Ciyərlərində problemlər yaranmışdı. Məhz buna görə Ələkbər Almaniyaya getdi. Dekabrın 17-dən artıq Bakıdadır".
Bu sözləri özünü Ələkbər Yasamallının (Quliyev) qohumu kimi təqdim edən şəxs redaksiyamızın əməkdaşı ilə telefonla danışarkən bildirib.
Söz xiridarının qohumu bildirib ki, Ələkbər müalicələrini Bakıda evində davam etdirir:
"Almaniyada ciyərlərindən müalicə aldı. Amma onun müalicəsi hələ də davam edir. Həkimlərin yazdığı dərmanları qəbul edir. Hazırda vəziyyəti yaxşıdır. Onun səhhəti ilə bağlı sosial şəbəkələrdə xoşagəlməz məlumatlar yayıblar. Amma bu xəbərlər yalandır və heç bir əsası yoxdur. Ələkbər Yasamallı tezliklə səhhəti ilə bağlı özü məlumat verəcək".
Qeyd edək ki, Meyxanaçı Ələkbər Yasamallının həmkarı Rəşad Dağlı onun bibisi oğlu İskəndər Mehtiyevi noyabrın 9-da 14 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:55 / 04.01.2023
Ələkbər Yasamallı Almaniyaya niyə GETDİ? - AİLƏSİNDƏN AÇIQLAMA
Hazırda oxunan: Ələkbər Yasamallı Almaniyaya niyə GETDİ? - AİLƏSİNDƏN AÇIQLAMA
Hazırda oxunan: Ələkbər Yasamallı Almaniyaya niyə GETDİ? - AİLƏSİNDƏN AÇIQLAMA
113014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.