Meyxanaçı Namiq Qaraçuxurlu İsrailin Netaniya şəhərinə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçinin səfərinin məqsədi yeni il gecəsi məkanların birində çıxışı olub.
Bu haqda isə Namiq sosial şəbəkə hesabında məlumat paylaşıb. Söz xiridarı qaldığı lüks otelin dəbdəbəli otağından dənizə açılan möhtəşəm mənzərə önündə çəkilən fotolarını izləyiciləri ilə bölüşüb.
Qaraçuxurlu izləyicilərini Yeni İl təbrikini bayram gecəsi deyil, iki gün sonra etdiyi üçün üzr istəyib:
"Salam əziz izləyicilərim. Gecikdiyim üçün üzürlü sayın. Bayramınız mübarək olsun! 2023 hər birimizə uğurlu, düşərli olsun. Ötən illərdən dərs alaraq həmrəyliyimizi qoruyaq. Mehriban, xoş niyyətli olaq. Vacib olan can sağlığımız yerində, xoşbəxtliyimiz daimi olsun".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:44 / 02.01.2023
Namiq Qaraçuxurlu İsraildə ÜZR İSTƏDİ - FOTO
Hazırda oxunan: Namiq Qaraçuxurlu İsraildə ÜZR İSTƏDİ - FOTO
Hazırda oxunan: Namiq Qaraçuxurlu İsraildə ÜZR İSTƏDİ - FOTO
112851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.