Rusiyalı ulduza 16 yaşlı pərəştişkarından səhnədə EVLİLİK TƏKLİFİ - VİDEO 

Hazırda oxunan: Rusiyalı ulduza 16 yaşlı pərəştişkarından səhnədə EVLİLİK TƏKLİFİ - VİDEO 

112843

Rusiyanın məşhur müğənnisi Polina Qaqarinaya 16 yaşlı oğlan evlilik təklifi edib. 

Bizim.Media xəbər verir ki, məkanların birində səhnə alan sənətçiyə pərəştişkarı əlində üzüklə yaxınlaşaraq, ona ərə gəlməsini istəyib.  

Gözlənilməz hadisədən dili-dodağı quruyan Polina səhnənin önündə duran bəy pərəştişkarına "Mənim əzizim. Artıq mən böyük qızam. İki övladım var. Ora bax, görürsən o oğlanı? O, mənim oğlumdur", deyə cavab verib.  

Həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşan Qaqarina "Bu cavan oğlan onunla evlənməyimi təklif etdi. Rədd cavabı verdim. Birincisi, ərə getmək istəmirəm. İkincisi, mənim 19 (zarafat edir, Polina Qaqarinanın 35 yaşı var - red.), onun isə 16 yaşı var. Aramızda yaş uçurumu var. Üçüncüsü, amma üzük çox gözəl idi", sözlərini yazıb.
Qeyd edək ki, Polina Qaqarina iki dəfə ərdə olub. Birinci həyat yoldaşı aktyor Pyotr Kislovla 2007-ci ildə evlənib, lakin 3 il sonra boşanıb. Cütlüyün bu nikahdan 15 yaşında Andrey adlı oğlan övladı var.  

İkinci nikahını isə Qaqarina 2014-cü ildə fotoqraf Dmitriy İsaxovla qurub. Lakin cütlüyün bu evliliyi çox çəkməyib. Onlar 2021-ci ildə qalmaqallı şəkildə boşanıblar. Cütlüyün bu nikahdan 2014-cü ildə Miya adlı qız övladı dünyaya gəlib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin