Elza barışdığı Nazpərinin EVİNƏ GETDİ - VİDEO

Hazırda oxunan: Elza barışdığı Nazpərinin EVİNƏ GETDİ - VİDEO

112719

Xoşqədəm Hidayətqızı aparıcısı olduğu "Günaydın Azərbaycan!" səhər şousunun çəkiliş heyəti və Əməkdar artist Elza Seyidcahanla birlikdə Xalq artisti Nazpəri Dostəliyevanın dəbdəbəli evinə yollanıblar.

Bizim.Media xəbər verir ki, aylar əvvəl müğənni Rəqsanə İsmayılovanın oğlu Muhammedin kiçik toyunda barışan Nazpəri ilə Elza uzun aradan sonra bir araya gəliblər.

Seyidcahan Dostəliyevanın mənzilinə oxuya-oxuya daxil olub. Bunu görən Nazpəri Elzaya qarşılıq verərək, birlikdə həmin nəğməni oxumağa davam edib.

Xoşqədəm üzünü hər iki məşhura tutaraq "Küsmək bitdi. Nəhayət ki, Elza xanımla Nazpəri xanım barışdı" sözlərini dilə gətirib.

Dostəliyeva isə Xoşqədəmin bu sözlərinə "Küsmək deyildi... Allah eləməsin! Biz düşmən deyilik. Üz-üzə gəldik. Biz həmkarıq. İllər boyu Elzanın mahnıları olub. Onların üzərində çalışmışıq. Elza hər zaman mənə əziz olub" fikirlərini ifadə edib.
Daha sonra Nazpəri Dostəliyeva "Mehriban olaq" mahnısını züm-zümə edərək, Elza Seyidcahanla bu barışığın səmimi olduğunu nümayiş etdirib.

Qeyd edək ki, illər əvvəl sənətçilər münsif olduqları “Azərbaycanın səsi” müsabiqəsində  canlı zamanı mübahisə etmişdilər.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin