"Cavan illərimdə əziyyətlər çəkmişəm. Kağız daşımışam. Bu gün mənə həmin kağız çevrilib bu kitablara. Bu kitablar isə çevrilib pula. Allah qismət edib ki, evimə çörək aparıram. Hamısı zəncilvari bir-biri ilə bağlıdır".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə qonaq olduğu "Dikdaban" verilişində deyib.
Sənətçi bildirib ki, başına sabah hansısa iş gəlsə, o rahatlıqla taksidə, marketdə işləməyə hazırdır:
"Gənclər oturub deyirlər ki, iş yoxdur. Bunu edə bilmirəm, onu edə bilmirəm və s.... İşdən çox iş var. Sadəcə hərəkət etmək lazımdır. Mən polis, polkovnik oğlu heç nəyə baxmadım, getdim fəhləlik etdim. Bu gün isə Allah mənə ruzunu verib.
İndi fəhlə, santexnik, elektrik tapmaq olmur. Deyirsən ki, gəl işlə... Cavab verir ki, gəlib işləyə bilmərəm. O zaman biz cavan uşaqlar idik, heç nəyin fikrini çəkmirdik. Gedib, işləyirdik, pul qazanırdıq. Bunu heç zaman efirdə deməmişəm. Halallığını da almışam. Ona görə deyəcəyəm... Biz MDB ölkələri arasında 1992-1993-cü illərdə "Şən Hazırcavablılar Klubu" (KVN) iki dəfə çempion olmuşduq. Gəlmişdik Bakıya. O zamanlar isə Azərbaycan üçün çox ağır zamanlar idi. Pul, iş tapmaq çox çətin idi.
Hər şey, aləm dəymişdi bir-birinə. Əməkdar artist Tahir İmanov gecələr taksi işi ilə məşğul olurdu. Tahirin öz avtomobili yox idi. Qonşunun avtomobilini götürürdü və gecə saat 04:00-dək taksi kimi çalışırdı.
Evinə pul aparmaq üçün bu işi görürdü. Əməkdar artist Cabir İmanov Bayılda qarabaşaq satırdı. Azər Məmmədzadə isə Razində "talkuçka"da şalvar satırdı. Dövlət Akademik Böyük Teatrının solisti (Moskvadakı Bolşoy Teatr - red.) , Xalq artisti Elçin Əzizov isə Maksim adlı restoranda ofisant kimi çalışırdı. Səsi olduğundan arada bir mahnı da oxuyurdu.
Əgər sadaladığım o insanlar hansı zirvələri indi fəth edib, nələrisə əldə ediblərsə, siz düşünməyin ki, onlar bunları asanlıqla əldə ediblər. Onlar o əzablara qatlaşaraq, cırmaq-cırmaq əldə ediblər.
Baxmayaraq ki, çempion idik, bizim qarşımıza indiki çempionlar kimi qabağımıza bir milyon qoymurdular.
Ona görə biz bu gün rahatıq. Bunları isə rahatlıqla tamaşaçı önündə dilə gətirirəm. Dəqiqliklə bilirəm ki, əgər sabah başıma bir iş gəlsə gedib təzədən fəhləçilik edə bilərəm.
Bundan da qorxmuram, çəkinmirəm. Taksidə də, marketdə də işələyə bilərəm. Nə efir vasitəsi ilə nə xanımımın, nə övladlarımın yanında boynu bükük, aciz vəziyyətdə "Yoxdur, alınmır" demərəm".
Qeyd edək ki, Bəhram Bağırzadə ixtisasca uşaq nevropotoloqu olan Şəhla Bağırzadə ilə ailəlidir. Cütlüyün bu nikahdan Tahirə adlı qızı, Cavid adlı oğlu var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:42 / 01.01.2023
Bəhram: "Atam polkovnik olsa da, fəhləlik edirdim" - VİDEO
Hazırda oxunan: Bəhram: "Atam polkovnik olsa da, fəhləlik edirdim" - VİDEO
Hazırda oxunan: Bəhram: "Atam polkovnik olsa da, fəhləlik edirdim" - VİDEO
112690
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.