Könül onları TƏNQİD ETDİ: “Əlacım olsa, efirdən kənar saçlarından tutub silkələyərəm” - VİDEO

Hazırda oxunan: Könül onları TƏNQİD ETDİ: “Əlacım olsa, efirdən kənar saçlarından tutub silkələyərəm” - VİDEO

112095

“Damlanı, Şəbnəm Tovuzlunu, Zeynəb Həsənini, Nəfəsi, Türkan Vəlizadəni çox istəyirəm. Onların bir qüsurları var ki, dəyişmirlər.  Qızlarım, “mama” sizə qurban! Bir az dəyişin. Sizin qabiliyyətiniz var. Niyə görə deməlidirlər ki, oxuduğunuz yalnız budur”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu “Səhərin səsi” verilişində deyib.  

Müğənni bəzi orta yaşlı sənətçilərin gənc həmkarlarını efir vasitəsi ilə tənqid etmələrinə qarşı çıxıb.  

“Əsl sənətkar təmbehini kənardan etsin. Çıxıb efirdən təhqir edirlər. Əməlli başlı təhqirə keçirlər. Olmaz deyəsən ki, bu geyimi geyinmə və ya bu mahnını biraz başqa cür oxu. Özüm əlacım olsa, efirdən kənar saçlarından tutub silkələyərəm. Amma bunu efir vasitəsi ilə etmirəm. Olmaz bunları efir vasitəsi ilə demək. Onlar mənə “mama” deyirlər. Çıxıb onlar haqqında necə nəsə deyə bilərəm ki? Sakitcə başlarını aşağı salıb işləri ilə məşğul olurlar”, - deyə Könül qeyd edib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin