Faiq: “Bütün hərəkətlərimi nəzarətdə saxlayıram” - VİDEO

Hazırda oxunan: Faiq: “Bütün hərəkətlərimi nəzarətdə saxlayıram” - VİDEO

112048

“Özümü məharətlə danlaya bilirəm. Deyilənə görə, ağıllıyam. Özüm-özümə deyirəm ki, sənin kimi ağıllı insan bu hərəkəti necə edə bilərdi? Özümə qarşı dəhşətli dərəcədə sərtəm. İlk əvvəl özümə qarşı tələbkaram. Özümdən daha böyük tənqidçim yoxdur bu dünyada. Ən gözəl tənqidçim anamdır. O, mənim həm fanatım, həm tənqidçim, həm də nəzarətçimdir. Özümə qarşı qat-qat anamdan da sərtəm. Ən başlıcası bu həyatda mərifətli olmaqdır. Əgər mərifətli olsan, hər zaman özün-özünü hər zaman çəki-düzəmdə saxlayacaqsan. Buna məcbursan!”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “O” verilişində deyib. 

Bütün hərəkətlərini nəzərdə saxladığını söyləyən sənətçi, həyatındakı üç “O”nu açıqlayıb: 

“Səhnədəki Faiq həyatda edə bilmədiklərini həyatda realizə edir. Kəskinlik, qabarılıq, dəlilik… Bax səhnədəki tam realizə olunmuş Faiqdir. Özü-özü ilə qalan Faiq 7/24 özünü təhlil edə bilməz. O zaman insan sonda dəli olar. Özü-özü ilə tək qalan Faiq etdiyi işləri saf-çürük edir. Məsəl üçün mahnımı efirə buraxmazdan əvvəl ona 20 gün özüm qulaq asıram. Əgər kəm-kəsir tapıramsa, gedib düzəldirəm. Özü-özü ilə qalan Faiq tənbəlliyini bəsləyir.

Həyatdaki Faiq “ləlöyüncəsinə” qarınquludur. Dadlı yeməkləri çox sevirəm. Özü-özü ilə qalan Faiq daha az emosionaldır. 34 ildir ki, daima tanımadığım insanların əhatəsindəyəm və öyrəşmişəm ki, hər zaman səfərbər olum. Bütün hərəkətlərimi nəzarətdə saxlayım. Bəzən elə olur ki, emosionallığıma yer yoxdur. Bu isə fizioloji cəhətdən çox çətindir, emosianı boğmaq. Həyatımda üç “O” var həyatımda. Allah, anam və sənətim. Sonuncu nəfəsimə qədər onlarla danışacağam”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin