Vasif Məhərrəmlinin bacısı: "35 illik haqqımı onlara halal etmirəm" - VİDEO 

Hazırda oxunan: Vasif Məhərrəmlinin bacısı: "35 illik haqqımı onlara halal etmirəm" - VİDEO 

111998

Əməkdar artist Vasif Məhərrəmli bacısı Leyla Məhərrəmovanı evindən qovub.  

Bizim.Media xəbər verir ki, bu haqda sənətçinin bacısı "ATV səhər"ə müsahibəsində məlumat verib.  

Vasifin bacısı bildirib ki, gəlinləri onlarla bir evdə yaşamasına imkan verməyib. Leyla xanım haqqını onlara halal etmədiyini vurğulayıb:

"Onlarla birlikdə yaşayanda işləmişəm, əməyim də olub. İnsan nə qədər ağılsız olar ki, isti yerini soyudar. Burda bir səbəb axtarırıqsa, elə başa düşürəm ki, o evdə artıq idim. Yerlərini dar elədim. İnsan hiss edəndə ki, orada artıqdır və lazımsızdır,  özü sakitcə çıxıb getməlidir. Vasifin həyat yoldaşı istəmirdi. Qızı da Vasifi də buna alət elədi. 35 illik haqqımı onların heç birinə halal etmirəm".  
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Əməkdar artist Vasif Məhərrəmli ilə əlaqə saxlayıb. Müğənni açıqlamasında "Bu, ailə içi məsələlərdi. Siz niyə müdaxilə edirsiniz? Sizə kim ixtiyar verib ki, mənim ailəmi müzakirə edəsiniz. Bununla bağlı danışmaq istəmirəm" sözlərini dilə gətirib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin