Fatimə Xuramanın CAVABINI VERDİ: “Başını bağlayandan sonra Allah ona ruzi verdi” - VİDEO 

Hazırda oxunan: Fatimə Xuramanın CAVABINI VERDİ: “Başını bağlayandan sonra Allah ona ruzi verdi” - VİDEO 

111939

Müğənni Xuraman Şuşalının “istəmirəm məni tək xına aparıcısı kimi qələmə versinlər. Çünki mən müğənniyəm. Müğənni kimi də xına başlayandan bitənə kimi aparıram. Mən yarım və ya bir saatlıq xınanı ələ yaxmaqla məşğul olmuram.

Məni nə rəqqasə, nə şairə ilə bir sıraya qoymayın” atmaca dolu fikirlərinə “Göyçək” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva cavab verib.
Bizim.Media xəbər verir ki, rəqqasə bununla bağlı qonaq olduğu “Özəl” verilişində danışıb.

İllər əvvəl Xuramanın açıq-saçıq geyinməyini yada salan rəqqasə, qarşı tərəfin namaz qılıb, başını bağladıqdan sonra ruziya sahib olduğunu bildirib.

“Xuraman məni çox istəyə bilər. Amma onun orada söylədiyi “Məni nə rəqqasə, nə şairə ilə bir sıraya qoymayın” sözü düzgün deyil. Deyir ki, mən müğənni kimi fəaliyyət göstərirəm. Müğənni kimi fəaliyyət göstər də... Sən əgər bu gün xına aparırsansa sən bu işin içində varsan və bu xına işində şairəsi, rəqqasəsi, müğənnisi olsun bu işin içindəyik.

Sadəcə hərəmizin öz biznesi var. Onun bu fikirləri düzgün çıxmadı. Hesab etmirəm ki, Xuraman bu fikirləri kimisə alçatmaq üçün deyib. Buna məndə inanmıram. Allah hamının ruzusunu versin. Xuraman vaxtı ilə açıq-saçıq geyinən müğənnilərdən idi.

O, başını bağladıqdan sonra Allah ona ruzu verdi. Xuramının “Məni xına aparıcısı kimi görməsinlər” sözləri yalnışdır, doğru deyil. O bir biznesdir, ruzidir, adət-ənənədir. Gəlinlərin ən xoş günüdür.
Bundan gözəli nə ola bilər ki? Bu gün mən xına məclisləri aparıramsa, rəqqasəlik fəaliyyətimi kənara qoyuram? Xuraman sən müğənnisənsə, mən isə rəqqasəyəm. Biraz düzgün çıxmır”, - deyə Fatimə Fətəliyeva qeyd edib.    

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin