Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Günaydın, Azərbaycan!” səhər şousunun çəkiliş heyəti ilə birgə Əməkdar artist Gülbahar Şükürlünün evində qonaq olub.
Bizim.Media xəbər verir ki, bir il efirə çıxmayacağını açıqlayan qarmon ifaçısı nəvəsindən gileylənib.
Gülbahar bildirib ki, qız nəvəsi heç zaman onun zənglərinə cavab vermir.
“Deyir ki, vaxtım olmur, Gülü”. Qız nəvəsi isə nənəsinin bu sözlərinə “Bundan sonra sənin telefonlarına cavab verəcəyəm”.
Xoşqədəmin “Böyüyəndə kim olacaqsan?” sualına sənətkarın nəvəsi “Rəssam olacağam” cavabını verib.
Səkkiz il xərçənglə mübarizə apardığını söyləyən G.Şükürlü ölümündə əvvəl həyat yoldaşının ona hər zaman dəstək olduğunu bildirib.
“Güclü idim… İndi isə artıq gücüm yoxdur. Həyat yoldaşım Zahid dörd il əvvəl dünyasını dəyişib. O, elə mənim dərdimdən qalmadı, dözmədi, rəhmətə getdi. Ondan sonra yetim kimi olmuşam. Yetimçiliyi hiss etdim (ağlayır). Amma elə bilirdim ki, ondan əvvəl bu dünyadan köçəcəyəm. Bunu gözləyirdim. Söz vermişəm daha ağlamayacağam”, - deyə Gülbahar vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:25 / 26.12.2022
8 il xərçənglə mübarizə aparan Gülbahar: “Elə bildim ki, ərimdən qabaq öləcəyəm” – VİDEO
Hazırda oxunan: 8 il xərçənglə mübarizə aparan Gülbahar: “Elə bildim ki, ərimdən qabaq öləcəyəm” – VİDEO
Hazırda oxunan: 8 il xərçənglə mübarizə aparan Gülbahar: “Elə bildim ki, ərimdən qabaq öləcəyəm” – VİDEO
111691
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.