Aytac 14000 manatlıq geyimi ilə ÖYÜNDÜ - VİDEO

Hazırda oxunan: Aytac 14000 manatlıq geyimi ilə ÖYÜNDÜ - VİDEO

111611

Müğənni Aytac Vidadiqızı üzərində sərvət daşıdığı geyim və aksesuarlarının qiymətini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda ifaçı "MTV maqazin" verilişinə müsahibəsində danışıb.

"Üzərimdə bu libas özəl olaraq mənim üçün Bakıda yerli atelyelərin birində tikilib. Bu geyim mənə 1500 manata başa gəlib.

Ayaqqabılarım isə qarderobunda uzun illərdir ki, var. "Dolce & Gabbana" brendinə məxsus ayaqqabılarımın dəyəri isə 350 avrodur (təxminən 630 manat). Çanta da uzun müddətdir məndədir. Ən önəmli aksesuar mənim üçün çantadır. Hər zaman brend və marka çantalardan istifadə edirəm. Çantam "Chanel" markasına aiddir. 7000 dollara (təxminən 11900 manat) Fransadan almışam", - deyə Aytac bildirib.
Qeyd edək ki, Aytac Vidadiqızı mərhum müğənni Vidadi Bərdəlinin qızıdır. Müğənni həyat yoldaşı, türkiyəli iş adamı Can Bekirlə ayrılıb. Cütlüyün bir oğlan və bir qız övladı var. Can Bekir isə hazırda ABŞ-da yaşayır".

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin