Manaf: "Dost bildiklərimin arasında elə namərdliklər gördüm ki,..." - VİDEO 

Hazırda oxunan: Manaf: "Dost bildiklərimin arasında elə namərdliklər gördüm ki,..." - VİDEO 

111508

"Baxıb, görürsən ki, birisi sosial şəbəkədə haqqında şərh yazıb. Heç tanımır səni, həzm edə bilmir, haqqında xoşaqəlməz, pis söz yazır. Həmin şəxsi axtarıb, tapırsan görürsən ki, "leş"in biridir. Başlayır sənə yalvarmağa.

Sənin çirkin qəlbindir, xainliyindir, paxıllığındır ki, bu cür şərhlər yazırsan. Bədbəxt insandır! O, doğulanda belə doğulub. Neyləsin? O da istəyir ki, mənim kimi olsun. Amma ola bilmir".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Dar günündə həmkarlarının yanında olan sənətçi bildirib ki, onun şou-biznesdə artıq dostu yoxdur:

"Şou-biznesdən yoldaş ola bilər, dost yox. Hər zaman dost sandıqlarımı müdafiə etdim. Amma anladım ki, şou-biznesdə dost yoxdur. Ağır dostluqlar yoxdur. Bir məsələdən sonra (Füzuli şəhərinə qanunsuz səfər etməsi nəticəsində 15 sutqalıq həbs olunmuşdu - red.) müəyyən dostlarımdan incimişdim.

Ona görə incimişdim ki, onlara qarşı pis olmamışdım. Amma elə namərdliklər gördüm ki,... Dost sözü gələndə əsəbləşirəm, pis oluram. Əgər mən o dostluğu görməmişəmsə, ay bədbəxt sən haradan görəsən. Dar günüm olsa, bir də görəcəyəm ki, qaçdılar getdilər. Amma mən o adama kişi deyərəm ki, dar gündə yanında olsun.
Əgər dostumun dar günündə yanında olmasam, özümü adam belə saymaram. Bəli, mən belə dostam. Elə bilirəm ki, dostlarım mənim kimi olmalıdır, amma siz belə ola bilməzsiniz. Sizin ki, bura qədərdir".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin