Nura Suri: "İndi sevgi sözü sekslə əvəzlənib" - VİDEO 

Hazırda oxunan: Nura Suri: "İndi sevgi sözü sekslə əvəzlənib" - VİDEO 

111341

"Həyatı boyu kasıb insanla ailə qurmaram. Hisslərim beynimi idarə etmir. Beynim hisslərimi idarə edir. Həyatımda bir dəfə sevmişəm və bəzi səbəblərə görə sevə-sevə ayrılmışıq. Ümumiyyətlə hiss edəndə ki, kimisə sevə bilərəm, elə etmişəm ki, o hiss heç başlamasın".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri qonaq olduğu "O kimdir?" verilişində deyib. 

Ər-arvad münasibətlərindən söz açan sənətçi bildirib ki, onun üçün sevgi yox, hörmət daha önəmlidir:

"Mənə sevgi yox, hörmət lazımdır. Yanımdakı insan mənə hörmət etməli, qədrimi bilməlidir. Sevir və ya sevmir bu, mənə maraqlı deyil. Sevgi nəyə deyilir, heç bilmirəm. Ümumiyyətlə, sevmək nədir? Uşaqlarımdan başqa düşünmürəm ki, kimisə elə sevmişəm. Uşaqlarıma necə baxmışamsa, ona da (həyat yoldaşını nəzərdə tutur - red.) elə hisslərim olub. Ona görə deyirəm, sevmişəm. Əgər etibar yoxdursa, orada sevgidən söhbət gedə bilməz".  

Həyatı boyu evli insanla münasibətdə olmadığını söyləyən Suri indi sevginin sex-lə əvəz olunduğunu qeyd edib:

"Əvvələr sevgiyə dəyər vardı. Ümümiyyətlə, əvvələr sevgi dəbdə idi. İndi isə sevgi sözü sex sözü ilə əvəzlənib. Günü-gündən sevgini gözdən salıblar. İndi ailə qurub boşanmaq kimi məsələlər çox adiləşib. Hər şey o qədər adiləşib ki,... O qədər insanlara seçim verilib ki,... O qədər hər şeyi urvatsız ediblər ki,... Utanmaq yoxdur. Bizim zamanımızda böyüklər içəri daxil olanda balacalar ayağa qalxırdı. Sovetskidə yaşlı insan keçəndə cavanlar siqareti gizlədirdilər. İndi mən elə şeylər görmürəm”. 

"Sizə xəyanət edən şəxsdən ayrılarsız, yoxsa yanınızda saxlayarsınız?" sualına Nura Surinin cavabı belə olub: "Əgər bir kişi məni qoyub, gedib, başqasıyla yaşayırsa, onu da anlayıram.

Sevginin də, həyatın da, uşaqlığın da, gəncliyin də müddəti var. Nə zamansa, sevib, indi sevmir. Öldürüm onu? Sevgisi bitib, indi başqasını sevir. Bu xəyanət deyil. Xəyanət tam fərqli bir şeydir. Xəyanət odur ki, üzünə gülə-gülə səni aldatsın. Xəyanət edib də... Qayıdıb evə utana-utana yazıq and içib, özünü öldürür ki, xəyanət etməyib. Mən də özümü qoyum gic yerinə və inanın, belə bir şey olmayıb. Həyat yoldaşım hansısa səhvi edirdisə və mən də onu tuturdumsa, yazıq bir əldən-ayaqdan gedirdi ki,... Hər şey alırdı. Hər şey edirdi (gülür). Təki hər şeyi ört bastır edə bilsin".  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin