Brilliant: “Şərləndiyimə görə, özümü öldürmək istəmişəm” - VİDEO 

Hazırda oxunan: Brilliant: “Şərləndiyimə görə, özümü öldürmək istəmişəm” - VİDEO 

111235

“Səhnəyə çıxandan məni qoymayıblar ki, hüzur tapım. Hər zaman adımdan şayiələr yayıb, şər-böhtan atıblar. Nigaran baxışlarla baxmışam ki, görəsən bu söz-söhbətlərdən sonra camaat haqqımda nə fikirləşəcək? Bu qədər yalan ola bilər? Birdən tamaşaçılar bu şaiələrə inanarlar... Bunlar hər zaman məni narahat edib”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Günün sədası” verilişində deyib.  

Ona şər-böhtanlar atıldığını deyən sənətçi bildirib ki, bunlara görə hətta intihara cəhd də edib:  

“Daxilimdə həyəcan olub. Çünki ağlıma gəlməyən şayiələri haqqımda yayıblar. Ağlıma gəlməyən hekayələr uydurublar.  Hər zaman nigaran idim. Hətta özümü öldürmək belə istəmişəm.
Amma həyat ötdükcə anlayıram ki, bu insan xislətidir. Haqqımda şayiələr yayan insanlara aqibətinə baxıram görürəm ki, bu bədbəxtçilikdir. Başqa bir insana paxıllıq edir. Paxıllıq ümumiyyətlə pis bir hissdir. Paxıllıq ilk növbədə insanın özünü dağıdır. Şayiələr yayan insanların çox pis aqibətləri olur. Artıq bunları normal qəbul etməyə başlamışam”.  

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin