Dünya pop səhnəsinin ulduzu Britni Spirsin ölüm xəbəri yalan çıxıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı sənətçi Nyu-Yorka səyahət etdiyini açıqlayıb.
Lakin onu orada heç kim görməyib. Hətta paparazzilər bir kadr belə çəkməyə nail ola bilməyib. Britney Spirs nə itkin düşüb, nə də ki ölüb, əksinə, o, heç vaxt olmadığı kimi yaşayır.
TMZ-nin əldə etdiyi məlumatına görə, Britni əri Sem Asqari ilə Meksikada istirahət edir. O mətbuatın diqqətini özündən yayındırmaq üçün yolunu dəyişərək qaçmağa nail olub.
Rəşad Əliyev, Bizim.Media