Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Millət Mədəniyyət və Konqres Mərkəzində keçirilən “Prezident Mədəniyyət və İncəsənət Böyük Mükafatları” mərasimində superstar Ajda Pekkanı mükafatlandırıb.
Bizim.Media xəbər verir ki, mükafatlandırma mərasimində iştirak edən 76 yaşlı sənətkar haqqında ölkə başçısının söylədiyi sözlər onu duyğulandırıb.
"Musiqi sahəsində mükafata layiq görülən Ajda Pekkan sənət dünyamızın çinarlarındandır. O, illərə meydan oxuyan duruşu və bədii ifası ilə musiqisevərlərin yaddaşında müstəsna yer tutub. Pekkan "Kimlər gəldi, kimlər getdi", "Petrol", "Hər yaşın öz gözəlliyi var" kimi mahnıları ilə adını sənət tariximizin qızıl səhifələrinə yazıb. Türk musiqisinin son yarım əsrinə damğasını vuran və yeni sənətçilərin yetişməsinə ilham verən Ajda Pekkanı təbrik edirik",- deyə Ərdoğan Pekkan haqda fikirlərini ifadə edib.
Daha sonra Ajda Pekkan səhnəyə çıxaraq onun haqqında söylənilən dəyərli fikirlərə və verilə mükafata görə, Ərdoğana minnətdarlığını bildirib.
Qeyd edək ki, A.Pekkan bir müddət əvvəl evində yıxılaraq, omba sümüyünü qırıb. Bundan sonra o aylarla həm xəstəxanada həm də evdə müalicə alıb.
Rəşad Əliyev, Bizim.Media