Rusiyanın qalmaqallı jurnalisti Kseniya Sobçak Rublyovkada tikib, təmir etdirdiyi 320 kvadratmetr sahəsi olan yeni villasının qapılarını “YouTube”da yayımlanan “Осторожно:Собчак” layihəsinin üzünə açıb.
Bizim.Media xəbər verir ki, dörd ilə başa gələn malikanə nəfis dizaynı ilə eyni zamanda dəbdəbəli mebel əşyaları ilə diqqət çəkib.
Jurnalist bildirib ki, qonaq otağının tavanının hündürlüyü altı metrdir. Villada mərmər üzlü mətbəx, ucsuz-bucaqsız soyunub-geyinmə otağı, geniş hovuz, sauna, hətta kinoteatr da var.
Zərif interyer isti rənglərlə, mebellər isə müxtəlif ağac növlərindən hazırlanıb.
Sobçakın sözlərinə görə, nizam-intizamı qoruyan dörd daimi işçi ona belə gözəlliyə qulluq etməkdə kömək edir.
Bundan əlavə, çöldə daha dörd nəfər mühafizə ilə məşğuldur.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:51 / 21.12.2022
Sobçakın dəbdəbəli malikanəsinin içində NƏLƏR VAR? - VİDEO
Hazırda oxunan: Sobçakın dəbdəbəli malikanəsinin içində NƏLƏR VAR? - VİDEO
Hazırda oxunan: Sobçakın dəbdəbəli malikanəsinin içində NƏLƏR VAR? - VİDEO
110864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.