Müğənni Manaf Ağayev mərhum Əməkdar artist Zöhrə Abdullayeva ilə bağlı acı xatirəsini bölüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində söz açıb.
Ağayev Abdullayeva haqda sosial şəbəkədə yazılan xoşagəlməz şərhdən bəhs edib:
“Zöhrə xanımın övladı dünyasını dəyişmişdi. Onu bir telekanalın efirdə yayımlanan verilişə çıxartmaq lazım idi. Zöhrə xanım ağlayıb dedi ki, verilişə getməyəcəyəm. Biz isə onun könlünü almaq istəyirdik ki, rədd eləməsin verilişə gəlməyi. Söylədi ki, siz heç bilirsiniz haqqımda sosial şəbəkədə nə yazıblar? Başladı ağlamağa və dedi ki, “Yaxşı oldu oğlun öldü.
Özündən çox çıxmışdın”. Bu sözləri yazan insanlardan nə gözləmək olar? Zöhrə xanımın bir övladı vardı. O da öldü. Zöhrə xanım sizə nə edib? O ağbirçək xanım idi. Kimdə işi var idi? Hamı haqda bu cür xoşagəlməz sözlər yazılır. O qədər dünyada şərəfsiz insanlar var ki... Belə şeylərə hazır olmaq lazımdır”.
Qeyd edək ki, Z.Abdullayeva ötən ilin mayında 68 yaşında sklerodermiya (xərçəngin bir növü) xəstəliyindən dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:04 / 21.12.2022
Manaf: “Zöhrəyə yazırdılar ki, yaxşı oldu oğlun öldü, özündən çox çıxmışdın”- VİDEO
Hazırda oxunan: Manaf: “Zöhrəyə yazırdılar ki, yaxşı oldu oğlun öldü, özündən çox çıxmışdın”- VİDEO
Hazırda oxunan: Manaf: “Zöhrəyə yazırdılar ki, yaxşı oldu oğlun öldü, özündən çox çıxmışdın”- VİDEO
110798
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.