“Hər dəfə Gürcüstana gedəndə oğlumun məzarını ziyarət edirəm. Onu atamın yanında dəfn etmişəm. Bu ayın 30-u yenə gedib, məzarına baş çəkəcəyəm. Oğlumun məzarını elə düzəltmişəm ki, orada saatlarla oturub, onunla danışıram. Öz-özümlə danışıram”.
Bizim.Media xəbər verir, bu sözləri müğənni İbrahim Borçalı qonaq olduğu “Həyat tərzi” verilişində deyib.
Sənətçi iki il əvvəl Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişən oğlu Rəhim ilə bağlı xatirələrini dilə gətirib. İbrahim bildirib ki, dəhşətli qəzada oğlu deyil qonşularının övladı sükan arxasında olub:
“Məzarı önündə ona deyirəm ki, sürətlə avtomobili idarə edənin yanında gərək əyləşməzdin. O vəfat edən gün sükan arxasında olmayıb. Sükan arxasında olan qonşumuzun övladı idi. Hadisə də onun avtomobilində baş verdi. Hadisədən üç gün əvvəl danışmışdım, onu keçirəcəkdim Azərbaycana. Çünki pandemiyada Gürcüstanda qalmışdı. Oradan çıxa bilmirdi. O müharibəyə getmək istəyirdi”.
Müğənni bildirib ki, oğlu Rəhim tez-tez yuxularına gəlir:
“Yuxuma gəlib deyir ki, ata az alkoqollu içkilər qəbul et, böyrəklərin xəstədir, böyrəklərində daş var. O öləndən sonra 40 gün yatmadım. 39-cu gün yuxuma gəldi. Yuxuda yuxunu hiss etdim. Yoruğunluqdan beyin yatmışdı. Yuxuda gördüm ki, ustaları işlədir, evini tikdirir.
Onunla qucaqlaşıb, görüşdüm. Dedim ki, haradasan, səndən hamımız narahatıq. Cavab olaraq gülə-gülə söylədi ki, gələ bilmərəm amma sizi görürəm. Onda söylədim ki, heç olmasa gəl, sonra qayıdarsan. Dedi ki, elə şey olmaz. Bu yuxudan sonra biraz özümə gəldim. Heç olmasa orada o öz evini tikdirir”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:09 / 20.12.2022
İbrahim Borçalı: “Oğlumun məzarı üstündə oturub, saatlarla danışıram” - VİDEO
Hazırda oxunan: İbrahim Borçalı: “Oğlumun məzarı üstündə oturub, saatlarla danışıram” - VİDEO
Hazırda oxunan: İbrahim Borçalı: “Oğlumun məzarı üstündə oturub, saatlarla danışıram” - VİDEO
110634
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.