Aktrisa Sonaxanım ilə qardaşının mülk davası sona çatdı - VİDEO

Hazırda oxunan: Aktrisa Sonaxanım ilə qardaşının mülk davası sona çatdı - VİDEO

110441

Xəbər verdiyimiz kimi, aktrisa Sonaxanım Əliyeva ilə qardaşı Rüfət bəy vəfat edən anaları Minaxanımın “Xırdalan” şəhərində yerləşən üç otaqlı həyət evini aralarında bölüşdürə bilməyiblər. Onlar “Təsir dairəsi” ictimai-sosial verilişinin canlı efirində bir-birini ağır şəkildə ittiham ediblər. Tərəflər analarının dünyasını dəyişməzdən əvvəl evi həm qızına, həm də qardaşına miras qoyduğunu bildiriblər.   

Bizim.Media xəbər verir ki, qalmaqallı məsələyə aydınlıq gətirilib, bacı-qardaş arasında münaqişəni aradan qaldırmaq üçün sözügedən verilişin aparıcısı Lalə Azərtaş aktrisanın qardaşının ailəsinə baş çəkib.  

Aparıcı bildirib ki, Sonaxanımın qardaşının həyat yoldaşı Mehriban xanım və onun oğlu Kənanla üç saat həmsöhbət olub. O, Mehriban xanımın obyektiv və şirin dil olduğunu söyləyib:  

“Söhbət zamanı Sonaxanımın səhvinin olduğunu söylədim. Dedim ki, sizin haqlı olduğunuzu bilirəm. Amma Sonaxanım həyatda tək qadın olduğundan onun tərəfində olduğumu bildirdim. Tək qadınlar üçün çox çətindir.
Rüfət bəy və vəkili Nurlana xanımla danışdıq. Əvvəl Sonaxanıma bu evdən cəmi 5000 manat verirdilər. Əgər məhkəməyə müraciət etsəydik, maksimum 12 min manat pul ala biləcəkdik. Bu məsələ isə çox uzanacaqdı. Qərara gəldik ki, 5000 manat Sonaxanıma, 5000 manat isə onun qızı Nərgizə versinlər. Ümumi 10 min manat veriləcəyinə üç saatdan sonra razılıq əldə etdik”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin