Rühəngiz Kəmalənin ittihamlarına CAVAB VERDİ - Qalmaqal böyüyür - VİDEO

Hazırda oxunan: Rühəngiz Kəmalənin ittihamlarına CAVAB VERDİ - Qalmaqal böyüyür - VİDEO

110264

Xəbər verdiyimiz kimi, Əməkdar artistlər Rühəngiz Musəvi ilə Kəmalə Rəhimli arasında illər əvvəl aralarında yaşanan qalmaqal bu həftə daha da alovlanıb. 

Rühəngiz qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində Kəmalənin illər əvvəl ona qarqışlar etdiyini və onu bu səbəbdən heç zaman bağışlamayacağını bildirib.

Daha sonra canlı efirə zəng edən Kəmalə Rəhimli R.Musəvi ilə aralarında yaşanan qalmaqalın pərdəarxası məqamlarını gün üzünə çıxarıb.

"Mən təhsilli müğənniyəm, belə şeylərə gedən adam deyiləm. Çimərlik geyimi ilə, qalmaqalla sənətə gəlməmişəm. Ruhəngizlə söhbət etdik, onu da gedib televiziya aparıcısına deyib.

Aparıcı da mənim üstümə hücum çəkdi. Aramızda olan söhbəti niyə ona-buna danışırsan?

Ruhəngizə dedim ki, niyə gedib sözü orada-burada danışırsan? Qayıtdı ki, mən deməmişəm. Ona söylədim ki, canım mənim üçün qiymətlidir. Əgər bu söhbəti gedib danışmısansa, Allah bilsin səninlə. Pislik edəni heç zaman unutmuram. Oturan yerdə heç kim heç kimi qarğışlamır.

Dilini sakit qoysun, telekanallarda ağlamasın. Demək günahı var ki, ağlayır. Günahım yoxdur! Qarğış etmişəm, edirəm, edəcəyəm də. Onu qarğışlayıram, satqındır”, - deyə K.Rəhimli bildirib.

Bizim.Media xəbər verir ki, Rühəngiz Musəvi növbəti dəfə sözügedən verilişə qatılaraq Kəmalənin ittihamlarına cavab verib.

"Mənə qalmaqal lazım deyil. Kəmalə xanım o sözü ("Çimərlik geyimi ilə, qalmaqalla sənətə gəlməmişəm" - red.) nahaq deyib. Gətirin Qurana əl basım, əgər mən hansısa aparıcıya onun mənə söylədiklərini demişəmsə. Ayıbdır! O mənə bu sözləri deməklə öz səviyyəsini göstərdi.

Bəli, mən filmə çəkilməm. Cavan qız olmuşam. Bu bizim milli, retro filmimizdir. Məni o kinoya görə seviblər. Mənə deyib ki, sənin çəkildiyin həmin o filmi ailəlikcə sevə-sevə baxıb, izləmişik.

Bu sözlər hara, indi söylədiyin sözlər hara? Əcəb edib, o filmə çəkilmişəm. Burada böyüdüləcək nə var ki? Allah həmin filmi çəkən rejissor Fikrət Əliyevə rəhmət eləsin. O deyirdi ki, qızım o sənin qismətindir. Film isə bir tarixdir", - deyə Rühəngiz Musəvi fikirlərini ifadə edib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin