"Mən "muşkulat" mahnılar oxuya bilmərəm. Çünki daxilimdən gəlmir. İndi sənətkar olmaq toyların sayı ilə hesab edilir. Amma bu, elə olmalı deyil".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin qonaq olduğu "7 canlı" axşam şousunda deyib.
On gün əvvəl Əminə ilə meyxanaçı Namiq Qaraçuxurlunun duet oxuduğu "Meyxana" adlı mahnının cəmiyyət tərəfindən birmənalı qarşılanmamasına və tənqid olunmasına müğənni sərt reaksiya verib. Sənətçi bildirib ki, o, nəyin ki yarım saat, hətta bütöv toyları da idarə edir.
"Əgər "Instagram" hesabımda "altı-səkkiz" ritmlərdə mahnılar paylaşmıramsa, bu o demək deyil ki, toy apara bilmirəm. Əlbəttə ki, toyu idarə edib, apara bilirəm. Bütöv toyu da apara bilirəm.
Biz uşaqlıqda bəstəkar Vaqif Gərayzadənin yanında böyümüşüksə, səhərlər İncəsənət Universitetinə dərsə getmişik, gündüzlər studiyada jazz standartları öyrənmişik, axşamlar saat 18:00-dan 00:00 kimi də toy aparmışıq. Bunları bir az düşünüb, sonra nələrsə danışmaq lazımdır", - deyə Əminə vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:23 / 18.12.2022
Əminədən sərt ismarış: "İndi sənətkar olmaq toyların sayı ilə hesab edilir" - VİDEO
Hazırda oxunan: Əminədən sərt ismarış: "İndi sənətkar olmaq toyların sayı ilə hesab edilir" - VİDEO
Hazırda oxunan: Əminədən sərt ismarış: "İndi sənətkar olmaq toyların sayı ilə hesab edilir" - VİDEO
110262
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.