Xoşqədəm AĞLADI: "Qardaşımın dili tutulub" - VİDEO 

Hazırda oxunan: Xoşqədəm AĞLADI: "Qardaşımın dili tutulub" - VİDEO 

110118

"Bu həyatda bir Oqtay Rəcəbov, biri də qardaşım İlyasa görə özümü bağışlamayacağam" 

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" ictimai-sosial verilişində deyib.  

Televiziya ulduzu qardaşının yataq xəstəsi olduğunu açıqlayıb: 

"İraqa çəkilişə gedəndə qardaşım yolda zəng vurdu ki, gəl, sənə sözüm var. Təyyarəyə gecikdiyim üçün qayıtmadım. Geri gələndə qardaşımın dili tutulmuşdu. Əlləri də tutmurdu ki, yazsın. Görəsən, mənə nə deyəcəkdi?". 

Verilişin gedişatında Xoşqədəm bir neçə gün əvvəl koronavirusdan dünyasını dəyişən bəstəkar, Xalq artisti Oqtay Rəcəbova verdiyini sözü tutmadığına görə peşmançılıq çəkdiyini söyləyib: 

"Oqtay Rəcəbov dəfələrlə məni bağa çağırdı ki, gəl. 4 aydır vaxt tapıb onun yanına gedə bilmədim. Özümü bunlara görə bağışlamayacağam". 

Xoşqədəm Hidayətqızı Oqtay Rəcəbovun vəfatı ilə bağlı ailəsinə başsağlığı verərək, göz yaşı axıdıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin