“ABD Malikdən Amerika səfirliyinə: "İşçinizin kefi olmadığına görə viza vermədi" – FOTO 

Hazırda oxunan: “ABD Malikdən Amerika səfirliyinə: "İşçinizin kefi olmadığına görə viza vermədi" – FOTO 

110071

"Bu gün dostumla Amerikaya viza almaq üçün buradakı səfirliyə müraciət etdim və vizaya icazə verilmədi. İmtinanın səbəbini soruşdum. Dedilər, verdiyimiz kağızda səbəb yazılıb. Halbuki, kağızda heç bir səbəb yoxdur".

Bizim.Media xəbər verir ki, bu sözləri keçmiş "Dəyirman" qrupunun solistlərindən biri olan müğənni ABD Malik Kələntərli sosial şəbəkədə hesabında paylaşdığı postda yazıb.

Sənətçi, Amerikaya qaçmaq niyyətində olmadığını bildirərək, səfirliyi tənqid edib:

"Bu səfirliyə bircə söz demək istəyirəm! Mənim Azərbaycanda ailəm, işim və adım var! Buradan qaçıb Amerikada yaşamaq heç mənim tərzim də deyil. Sadəcə işçinizin bu gün kefi olmadığına görə imtina almaq mənim üçün maraqlı oldu. Təəssüf ki, nə vaxtsa bu səfirliklə mədəniyyət layihələrində iştirak etdiyim də yadlarından çıxıb".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin