Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov verdiyi vədə əməl etməyib.
Bizim.Media xəbər verir ki, sənətçi illər sonra azərbaycan dilində ifa etdiyi “De mənə gülüm” adlı mahnısını təqdim edib.
Bir neçə həftə əvvəl paylaşdığı postlarda Azərbaycan dilində mahnı oxumayacağını vurğulayan Bəkirov sözünün üstündə durmayıb. Nəvai səsləndirdiyi nəğməni “Vkontakte” sosial şəbəkənin musiqi bölümündə dinləyicilərin ixtiyarına verib.
Qeyd edək ki, son zamanlar N.Bəkirov 5,6 milyon manatlıq bahalı avtomobil kolleksiyası ilə gündəmdədir.
Rəşad Əliyev, Bizim.Media