Kikboks üzrə 26 dəfə dünya çempionu Eduard Məmmədov tanınmış stilist Şəhanə Mehrəliyeva ilə sevgili olduqları üzə çıxıb.
Bizim.Media xəbər verir ki, məşhur idmançı ötən gün restoranların birində baş tutan stilist xanımın doğum günü məclisində iştirak edib.
Həmin anlar isə gecədə qonaqlar tərəfindən sosial şəbəkədə paylaşılıb. Məclisdə Eduardın içkili halda rəqs etməsi diqqətdən qaçmayıb.
Stilist sosial şəbəkə hesabında E.Məmmədovun ona bağışladığı ağ qızıl və brilliantlarla bəzədilmiş boyunbağı hədiyyəsinin görüntülərini paylaşıb.
Qeyd edək ki, Eduard Məmmədov Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantıdır. O, daha əvvəl bir dəfə ailəli olub və boşanıb. Onun ilk evliliyindən əkiz övladları var.
Rəşad Əliyev, Bizim.Media