"Şeron" qrupunun keçmiş üzvü AĞIR XƏSTƏDİR - VİDEO 

Hazırda oxunan: "Şeron" qrupunun keçmiş üzvü AĞIR XƏSTƏDİR - VİDEO 

109875

Keçmiş "Şeron" estrada-pop qrupunun üzvü müğənni İntizar Məmmədzadənin ağır xəstəliyə düçar olduğu üzə çıxıb.  

Bizim.Media verir ki, sənətçi qonaq olduğu "7 canlı" axşam şousunda dağınıq sklerozdan (iltihabi xəstəlik olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsidir - red.) əziyyət çəkdiyini açıqlayıb.  

"MS deyilən bir xəstəlik var, məndə də aşkar olundu. Gözümdə problem yarandı, görmə qabiliyyətimi itirdim. Halsızıq var idi, yatmağa çox üstünlük verirdim, nə isə qaldırmağa gücüm olmurdu. Bu xəstəlik zamanı həyat tərzini dəyişməlisən. Birinci Allaha, ikinci isə xanımıma minnətdaram ki, məni ayağa qaldırmağa kömək oldu", - deyə İntizar bildirib.  
Qeyd edək ki, dağınıq skleroz adlı ağır xəstəlikdən Əməkdar artist Ehtiram Hüseynov da əziyyət çəkir. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin