Ötən gün dünyasını dəyişən Türk sənət musiqisinin tanınmış müğənnisi Hüner Coşkunerin vəsiyyəti ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, 2013-cü ildə qatıldığı bir proqramda : "Sırğasız günüm olmayıb. Aksessuarları çox sevirəm. Sırğa, bilərzik və kolye...
Hara getsəm, bir paltar aparıram, amma çox sayda aksessuarla gedirəm. Mən də bundan güc alıram yəqin...
Ona görə də ailəmə vəsiyyət edirəm. Allah gecindən versin, bir gün dünyadan köçsəm, məni sırğalarımla dəfn etsinlər" deyə Hüner Coşkuner vəsiyyətini açıqlayıb.
Qeyd edək ki, 1963-ci il aprelin 1-də İstanbulda doğulan mərhum müğənni ilk albomunu 1987-ci ildə buraxıb.
Son illər sümük iliyi xərçənginə yoluxan müğənninin həyatını xilas etmək mümkün olmayıb.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:54 / 06.02.2021
"Məni sırğalarımla dəfn edin" - Müğənninin vəsiyyəti üzə çıxdı
Hazırda oxunan: "Məni sırğalarımla dəfn edin" - Müğənninin vəsiyyəti üzə çıxdı
Hazırda oxunan: "Məni sırğalarımla dəfn edin" - Müğənninin vəsiyyəti üzə çıxdı
10971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.