“Kasıb, ziyalı, müəllim ailəsində doğulmuşam. Təsəvvür edin, maaşa baxan ziyalı valideynlər üç uşaq oxudur”.
Bizim.Media xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Murad Arif qonaq olduğu “Düzünə qalsa” verilişində deyib.
Sənətçi kasıb ailədə böyüdüyünü və o illərdə yaxın qohumlarının geyimlərini geyindiyini söyləyib.
“Pulu pula calamaq, yarıac, yarıtox olmaq, nəyisə tapıb geyinmək və geyinməmək var. Yırtıq ayaqqabı, soyuq havalarda kifayət qədər sərin geyinmək nə olduğunu bilirəm, Bakıdakı xalaoğlanlarımın şalvar, gödəkçəsini geyinməyin nə olduğunu bilirəm. Bu şeylər mənim həyatımda olub. Məni sınmamağa, əyilməməyə, arzularımın arxasınca getməyə vadar edən cəhət mənim xəyalpərəst olmağım idi”.
M.Arif sonuncu dəfə atasının vəfatında ağladığını etiraf edib.
“Bir söz var e, deyirlər, kişilər ağlamaz. Kişilər elə ağlayır, elə ağlayır ki... Amma bunun kameralara aidiyyatı yoxdur. Sonuncu dəfə atam rəhmətə gedəndə ağlamışam. Mənə elə gəlir ki, kifayət qədər tutarlı səbəb olmalıdır ki, dəmir xarakterli insanlar ağlasın. İnsanı bundan şiddətli nəsə qıra bilməz! Bu elə bir şeydir ki, sənin ixtiyarından çıxıb artıq. Atamı görsəm, heç nə deməzdim. Elə şeylər var ki, mən o barədə danışmıram ki, mən onu baxışlarımdan ifadə edərdim”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:41 / 12.12.2022
Murad Arif: “Xalaoğlanlarımın şalvarını geyinməyin nə olduğunu bilirəm” - VİDEO
Hazırda oxunan: Murad Arif: “Xalaoğlanlarımın şalvarını geyinməyin nə olduğunu bilirəm” - VİDEO
Hazırda oxunan: Murad Arif: “Xalaoğlanlarımın şalvarını geyinməyin nə olduğunu bilirəm” - VİDEO
109133
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.