"Renka" ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova sevgilisindən danışıb.
Bizim.Media xəbər verir ki, rəqqasə "MTV maqazin" verişinə müsahibəsində gizli eşq yaşadığını etiraf edib.
"Tək deyiləm. Tək qala bilmərəm. Yaşayıram da... Münasibətimizə əbədi sevgi demək olmaz. Çünki bu həyatda heç nə əbədi deyil. Əsas odur ki, sakitəm və çox xoşbəxtəm. Bu sevgi çox gizlidir. Bu sevgidən heç kimin xəbəri yoxdur və olmayacaq", - deyə Renka vurğulayıb. Sənətçi efirlərə çıxmamasının səbəbini belə izah edib:
"Sevgi dolu olanda kənara çəkilirəm. Amma depressiyada olanda başlayıram işləməyə, kliplər çəkdirməyə. İndi xoşbəxtəm, çəkilmişəm kənara, işimi görürəm, bitir gedirəm evə".
Qeyd edək ki, Rəna Ağamuradovanın ilk evliliyindən 15 yaşlı Murad adında oğlu və 13 yaşlı Namiliya adlı qızı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:25 / 09.12.2022
Renkadan ETİRAF: "Gizli eşq yaşayıram" - VİDEO
Hazırda oxunan: Renkadan ETİRAF: "Gizli eşq yaşayıram" - VİDEO
Hazırda oxunan: Renkadan ETİRAF: "Gizli eşq yaşayıram" - VİDEO
108850
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.