İlahə İbadova: “Keçmiş ərimin arvadı qızımın atasıyla görüşməsinə imkan vermir” - VİDEO

Hazırda oxunan: İlahə İbadova: “Keçmiş ərimin arvadı qızımın atasıyla görüşməsinə imkan vermir” - VİDEO

108549

“Qızım Ayanın artıq 14 yaşı var. Onun atası ilə heç bir əlaqəsi və münasibəti yoxdur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İlahə İbadova qonaq olduğu “Səhərin səsi” verilişində deyib. 

İllər əvvəl “Azəri star” mahnı yarışması ilə məşhurlaşan Mirsaleh Əliyevlə ailə qurub daha sonra ondan boşanan sənətçi bildirib ki, qarşı tərəfin ailə qurduğu qadın qızları Ayan ilə görüşməsinə icazə vermir: 

“Ata qızı ilə gərək maraqlansın. Maraqlanmadıqdan sonra… Keçmiş həyat yoldaşım qızını 2-3 yaşında görüb. O, 12 ilə yaxındır ki, Ayanı görmür. Onu heç görmək fikri yoxdur. Buna səbəb isə onun ailə qurduğu digər xanımıdır. Yəqin ki, onun həyat yoldaşı qızımızla ünsiyyətə girməsinə imkan vermir. O özü “əhli-kef” adamdır. Uşaq onun üçün maraqlı deyil. Qızım Ayanın bir xasiyyəti var. Mən pis olaram deyə mənə elə suallar vermir. Ayan mənim içimi anlayır. Qızımı tam sərbəst böyüdürəm. O istəmirsə, gəlib bunu mənə demir”. 

Qeyd edək ki, “Xalq ulduzu” mahnı yarışmasından sonra məşhurlaşan müğənni İlahə İbadova “Azəri star” yarışmasının iştirakçısı Mirsaleh Əliyevlə ailə qurmuşdu.

M.Əliyev sənətçiyə evlilikləri müddətində təzyiqlər göstərib və dəfələrlə təhqir edib, döyüb. Münasibətlərində ciddi problem yaşayan İ.İbadova və M.Əliyev boşanıb. Bu evlilikdən onların Ayan adlı bir qızı var. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin