Xəbər verdiyimiz kimi, məşhur qarmon ustadı, Xalq artisti Aftandil İsrafilov qəfildən səhhəti ağırlaşaraq, dekabrın 2-i axşam saatlarında xəstəxanaya yerləşdirilib.
81 yaşlı sənətkarın sağlamlıq vəziyyəti ilə bağlı məlumat əldə etmək üçün Bizim.Media-nın əməkdaşı A.İsrafilovun ailəsi ilə əlaqə saxlayıb.
Dəstəyi Xalq artistinin həyat yoldaşı Zemfira İsrafilova qaldırıb.
O, sənətkar həyat yoldaşının hələ də reanimasiyada olduğunu söyləsə də, qarmon ustadının ötən günlərə nisbətən özünü daha yaxşı hiss etdiyini deyib:
“Aftandil müəllim Badamdarda yerləşən Dovlət Təhlükəsizliyi Xidmətinin Hospitalındadır. O, orada artıq 7-ci gündür ki, reanimasiyadadır.
Lakin səhhətində irəliləyiş var. Ötən gün qızı Həcər ilə telefonda danışıb. Bildirib ki, özünü ötən günlərə nisbətən daha yaxşı hiss edir. Həkimlərin ciddi nəzarətindədir. Mütamadi müayinələrdən keçir və sistemlər vurulur”.
“Aftandil İsrafilov nə zaman evə buraxılacaq?” sualına isə Z.İsmayılova “İndiki vəziyyətdə onun evə buraxılmasından söhbət belə gedə bilməz. Baxmayaraq ki, o, özünə gəlib, amma Aftandil müəllimi qarşıda hələ əməliyyat gözləyir. Onda prostat vəzin adenoması xəstəliyi aşkar olunub. Bu xəstəliyi aradan qaldırmaq üçün əməliyyat olunacaq”cavabını verib.
Qarmon ustadının xanımı həmçinin əlavə edib ki, həyat yoldaşının xəstəliyi olsa da, bundan şikayət etməyib:
“Onun ən pis cəhəti budur ki, xəstəliyi olsa da, heç zaman şikayətlənməyib. Həyat yoldaşımın ayağında şişkinlik vardı. İranda onun ürəyinə “stend” qoydular.
Müayinələrdə isə onun bir sıra orqanlarını, həmçinin prostatını yoxlamadılar. Zaman keçdikcə səhhətində yaranan problemlər üst-üstə gəldi və nəticədə onun vəziyyəti ağırlaşdı. Ağ ciyərinə belə su gəldi”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:24 / 08.12.2022
Xalq artistinin həyat yoldaşı: "Aftandil prostatdan əməliyyat olunacaq" - ÖZƏL
Hazırda oxunan: Xalq artistinin həyat yoldaşı: "Aftandil prostatdan əməliyyat olunacaq" - ÖZƏL
Hazırda oxunan: Xalq artistinin həyat yoldaşı: "Aftandil prostatdan əməliyyat olunacaq" - ÖZƏL
108510
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.