Mərhum Xalq artisti Səyavuş Aslanın səfil həyatı yaşayan oğlu Çingiz Aslanın yeni görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, mərkəzi küçələrin birində sənətkarın oğlunun kimliyi məlum olmayan şəxslə söhbəti çəkilərək sosial şəbəkədə paylaşılıb.
Yayılan kadrlarda Ç.Aslan bildirib ki, dəfələrlə məhkumluq həyatı keçirdiyi üçün onu heç yerə işə götürmürlər:
“Belə bir kişi olmalıdır ki, səni önə çəkib, aparsın. Mənim isə belə adamım yoxdur. Ona görə bu cür vəziyyətdəyəm. Portalı açıb görürlər ki, 11 məhkumluğum var. Ona görə məni heç yerə işə götürmürlər. Hazırda iş axtarıram. “Canla-başla” işləməyə hazıram. İşləyib, pul qazanmaq istəyirəm. Mənə pul qazanmaq lazımdır ki, qaldığım evin kirayə pulunu ödəyə bilim”.
Qeyd edək ki, Xalq artistinin oğlu atasından qalan yeganə evi dörd il əvvəl satdığını bildirib. Ç.Aslan qaraciyər sirrozundan əziyyət çəkir. O, dəfələrlə müxtəlif ictimai-sosial verilişlərə çıxıb yardım istəyib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:58 / 08.12.2022
Xalq artistinin səfil həyat keçirən oğlu İŞ AXTARIR - VİDEO
Hazırda oxunan: Xalq artistinin səfil həyat keçirən oğlu İŞ AXTARIR - VİDEO
Hazırda oxunan: Xalq artistinin səfil həyat keçirən oğlu İŞ AXTARIR - VİDEO
108483
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.