Aylar əvvəl aralarında qalmaqal yaşanan və davaları məhkəməyə qədər gedib çıxan rəqqasə Fatimə Fətəliyeva ilə şairə Nazilə Səfərli xanəndə Pərviz Qasımovun restoranının açılışında üz-üzə gəliblər.
Bizim.Media xəbər verir ki, rəqqasə şairənin önündə rəqs edib. Nazilə "qanlı bıçaq" olduğu Fatimənin rəqs etməsini görməmək üçün üzünü yana çevirib.
Fatimə isə qarşı tərəfin bu hərəkətinə reaksiya verməyərək, şairənin önündə rəqsini davam etdirib.
Sözügedən anları isə telefonun kamerasına aparıcı Samir Bayramlı həkk edərək sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Nazilə Səfərli bir müddət əvvəl Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, barışığın baş tutması üçün Fatimə Fətəliyeva ondan üzr istəməlidir. Nazilənin bu açıqlamasına Fatimə sosial şəbəkə hesabında canlı yayım açaraq, qarşı tərəfə heç bir üzrxahlığın olmayacağını dilə gətirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:23 / 07.12.2022
Fatimənin rəqsini görməmək üçün Nazilə üzünü çevirdi - VİDEO
Hazırda oxunan: Fatimənin rəqsini görməmək üçün Nazilə üzünü çevirdi - VİDEO
Hazırda oxunan: Fatimənin rəqsini görməmək üçün Nazilə üzünü çevirdi - VİDEO
108432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.