Xəbər verdiyimiz kimi, “Best Model of Azerbaijan 2022” müsabiqədə türkiyəli model Liza Uzunun 1,55 sm boyu ilə birincilik əldə etməsi cəmiyyətdə və sosial şəbəkələrdə etirazlarla qarşılanıb.
Bizim.Media xəbər verir ki, sözügedən yarışmada qalib olan model xanım “Best Model of Azerbaijan 2022”nin milli direktoru Elxan Paşayevlə birgə “Elgizlə izlə” ictimai-sosial verilişinə gəlib.
Elgiz Lizanı ailəsi ilə bağlı sorğu-suala tutub. Model xanım isə bunları söyləyib:
“Atam türk, anam isə azərbaycanlıdır. Atam İstanbulda yaşayır və orada inşaat sektorunda çalışır. O orada binaların tikintisi ilə məşğul olur. Ailədə dörd uşağıq. Mən sayca üçüncü övladam. 22 yaşım var”.
Proqramın gedişatında E.Əkbər “1.55 sm boyla necə birincilik əldə etmək olar?” sualı ilə Elxan Paşayevə müraciət edib.
O isə müsabiqədə yaşanan qalmaqallı qalibiyyət olayını bu cür şərh edib:
“Münsiflərin səsverməsi mövzusuna şəxsən mən inanmıram. Çünki “Miss Universe”, “Miss World”, “Miss Azerbaijan” və s. digər müsabiqələrdə sırf münsiflər heyətinin verdiyi səsvermədə ədalətsizliyin olduğu vurğulanır”.
Verilişin aparıcısı Elgiz Əkbər E.Paşayevin bu mövzuda fikrini sona kimi çatdırmağa icazə verməyib. O proqramın bitdiyinə işarə vuraraq, hər kəsə təşəkkürünü bildirib və canlı efiri yekunlaşdırıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:59 / 07.12.2022
“Best Model of Azerbaijan 2022”nin qalmaqallı qalibi ittihamlara cavab verdi - VİDEO
Hazırda oxunan: “Best Model of Azerbaijan 2022”nin qalmaqallı qalibi ittihamlara cavab verdi - VİDEO
Hazırda oxunan: “Best Model of Azerbaijan 2022”nin qalmaqallı qalibi ittihamlara cavab verdi - VİDEO
108323
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.