Təranə həbs edilən ƏRİNDƏN YAZDI: “Ata, biz sənin üçün darıxırıq” - FOTO

Hazırda oxunan: Təranə həbs edilən ƏRİNDƏN YAZDI: “Ata, biz sənin üçün darıxırıq” - FOTO

108295

Prodüser Təranə Səmədova ötən gün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən “Instagram”da tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 1100 dollar pul aldığı üçün həbs edilən həyat yoldaşı Rasim Həsənovla bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, sosial şəbəkə hesabında qızları Suel, Adel və həyat yoldaşı Rasim ilə birlikdə çəkilən fotosunu izləyiciləri ilə bölüşüb. 

Təranə yayımladığı ailə şəklini bu cür şərh edib: 

“Ata, biz sənin üçün necə darıxırıq, övladlarının hamısı... Allah özü qorusun bizi, heç bir valideynin, övladın gözü yaşlı qalmasın. Allah haqqı nahaqqa möhtac qoymasın. Hər açılan sabahın bir kəraməti var. İnşallah, bu gün də xeyirli günlərdən olar. Sonda hər şey yaxşı bitir, hər şey yaxşı deyilsə, deməli son deyil. Allah səni bizə tez qovuşdursun. Məcburam güclü olmağa. Amma arada elə istəyirəm ki, düyməni basıb, yatmaq rejiminə keçim”. 

Qeyd edək ki, Təranə Səmədova daha əvvəlki paylaşımında qızı Suelin atası musiqiçi Abbas Səfərov Rasimi həbs etdirdiyini iddia edib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin